1 may 2010 00:01
Olimpiadada Azərbaycanı 3 boksçu təmsil edəcək
Bakıda keçirilən yeniyetmələr arasında dünya çempionatının yarımfinalçıları məlum olub. Azerisport.az xəbər verir ki, yarışların altıncı günündə rinqə çıxan 7 Azərbaycan boksçusundan 3-ü 1/4 mərhələsini adlayıb. Samlan Əlizadə (48 kq), Şaban Şahpələngov (51 kq) və Elvin İsayev (57 kq) yarımfinala vəsiqə qazanmaqla həm ən azı bürünc medalı təmin ediblər, həm də bu il Sinqapurda keçiriləcək yeniyetmələrin ilk Olimpiadasına vəsiqə qazanıblar.
Təssüflər olsu ki, Kamran Baxşəliyev (60 kq), Vətən Hüseynli (75 kq), Teymur Məmmədov (81 kq) və Fəqan Ömərov (91 kq-dan yuxarı) məğlub olaraq, mübarizəni dayandırıblar.
