29 aprel 2010 00:13
Azərbaycan daha iki boksçusunu itirdi
Bakıda keçirilən yeniyetmə boksçular arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarıçların dördüncü günündə rinqə çıxan altı azərbaycanlı boksçudan dördü mərhələ adlayıb. Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51 kq), Kamran Baxşəliyev (60 kq) və Teymur Məmmədov (81 kq) medal yürüşünü davam etdirdikləri təqdirdə, Elnur Zeynalov (54 kq) və Tamerlan Abdullayev (64 kq) mübarizəni dayandırıblar.
