28 aprel 2010 00:01
Azərbaycanın 6 medal şansı qalır
Bakıda keçirilən yeniyetmələr arasında boks üzrə dünya çempionatında mübarizəyə daha beş azərbaycanlı boksçu qoşulub. Azerisport.az xəbər verir ki, yarışların üçüncü günündə bütün idmançılarımız qələbə qazanıb. Şaban Şahpələngov (51 kq), Elvin İsayev (57 kq), Tamerlan Abdullayev (64 kq), Emil Əhmədov (69 kq) və Vətən Hüseynli (75 kq) medullar uğrunda mübarizəni davam etdirirlər.
Xatırladaq ki, yarışın medalçıları bu il Sinqapurdə təşkil ediləcək yeniyetmələrin ilk Olimpiadasına vəsiqə əldə edəcəklər.
