27 aprel 2010 00:21
Erməni də Bakıda sevinərmiş...
Bakıda keçirilən yeniyetmələr arasında boks üzrə dünya çempionatında artıq 4 təmsilçimiz rinqə çıxıb. Azerisport.az xəbər verir ki, Elvin Musayev (57 kq), Emil Əhmədov (69 kq) və Teymur Məmmədov (81 kq) ilk döyüşlərində qələbə qazanaraq, növbəti mərhələyə adlayıblar.
91 kq çəki dərəcəsində mübarizə aparan Hacıbaba Hacıbabayev isə mübarizəni dayandırıb. Təəssüflər olsun ki, boksçumuz erməni əsilli Ukraynalı idmançı Armen Simonyana yenilib.
