25 aprel 2010 15:49
Bakıda daha bir dünya çempionatı start götürür
Bu gün “Sərhədçi” idman kompleksində boks üzrə yeniyetmələrin dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, yarışda 90 ölkənin 460 boksçusu iştirak edəcək. Ən çox boksçu 54 kq (56 nəfər), ən az isə 91 kq (16) çəki dərəcəsində mübarizə aparacaq.
