8 aprel 2010 15:25
Azərbaycanın Olimpiadaya namizədləri məlumdur
Azərbaycan yığmasının Bakıda keçiriləcək yeniyetmələr arasında dünya çempionatında çıxış edəcəyi heyəti məlum olub. Azerisport.az “Trend” agentliyinə istinadla xəbər verir, ölkəmizin şərəfini Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51 kq), Elnur Zeynalov (54 kq), Elvin İsayev (57 kq), Coşqun Əliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emil Əhmədov (69 kq), Vətən Hüseynli (75 kq), Teymur Məmmədov (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Fəqan Ömərov (+91 kq) qoruyacaqlar.
Qeyd edək ki, yarış aprelin 20-də başlayacaq və “Sərhədçi” idman kompleksində keçiriləcək. Turnirin yekunlarına əsasən 44 boksçu Sinqapurda keçiriləcək yeniyetmələrin I Olimpiadasına vəsiqə əldə edəcək.
