Ermənistan MOK-unun prezidenti boksçularını hədələdi
Ermənilər Bakıda keçiriləcək yeniyetmələr arasında dünya çempionatından uğurlu nəticə ilə dönməyə ümid edir. Azerisport.az xəbər verir ki, yerli Olimpiya Komitəsinin rəhbəri Qarik Çurakyan Bakıya gələcək 6 idmançıdan yüksək yerlər gözləyir.
“Siz xalqımızın nüfuzunu qorumaq üçün hər şeyi etməlisiniz. Sizə böyük ümidlər bəsləyirəm. Əgər layiqıi mübarizə aparıb yüksək nəticələr göstərsəniz, Sinqapurda keçiriləcək yeniyetmələrin Olimpiadasında iştirak edə biləcəksiniz” – “Novosti Armeniya” xəbər verir ki, idmançılara müraciətinə Çurakyan belə deyib.
Onun sözlərinı görə, Bakıyda Ermənistanın ən yaxşı boksçuları gəlir: “Keyfiyyət vacibdir, say yox. Biz məhz keyfiyyətə üstünlük vermişik. Siz bilməlisiniz ki, tək özünüz üçün yox, həm də xalqınız və ölkəniz üçün vuruşacaqsınız. Bütün Ermənistan və erməni diasporu sizə azarkeşlik edəcək”.
