5 aprel 2010 14:22
Boksda qalmaqal: DÇ-nin mükafatçısı sərxoşluğa görə yığmadan qovuldu
Azərbaycan yığmasının baş məşqçisi Xesus Puller iki boksçunu – Samir Məmmədov və Elçin Əlizadəni yığmanın heyətindən kənarlaşdırıb. Bu barədə azerisport.az-a federasiyanın vitse-prezidenti Ağacan Əmiyev məlumat verib.
“Bizə belə boksçular lazım deyil. Əlizadə tez-tez məşqlərə gecikirdi. Məmmədov isə bir neçə dəfə məşqə sərxoş vəziyyətdə gəlmişdi. Onların taleyini intizam komitəsi həll edəcək” – deyə Əbiyev bildirib.
Qeyd edək ki, həm Məmmədov, həm də Əlizadə dünya çempionatının mükafatçılarıdır.
