12 mart 2010 16:00
Koreyalı erməniləri Bakıda görməyi arzulayır
Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) prezidenti Çin-Kuo Vu bildirib ki, erməni idmançılarının Bakıya tam heyətlə gəlməsini istəyir. Azerisport.az xəbər verir ki, AİBA başçısı bu gün yeniyetmələr arasında dünya çempionatının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovla imzalanan müqavilədən sonra təşkil olunan mətbuat konfransında belə deyib.
