11 mart 2010 15:49
Dünya çempionatının keçirilməsi barədə müqavilə imzalanacaq
Sabah – martın 12-də “Ekselsior” otelində Bakıda yeniyetmələr arasında dünya çempionatının keçirilməsi barədə müqavilə imzalanacaq. Azerisport.az xəbər verir ki, müqaviləyə Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və Beynəlxalq Həvəskar Boks Federasiyasının başçısı Çin-Ko Vo imza atacaqlar. Tədbir saat 12:00-da başlanacaq. Turnir aprelin 20-də start götürəcək.
