İngiltərədə parkinson xəstəsi qadın beyin əməliyyatı zamanı klarnet çaldı

İngiltərədə parkinson xəstəliyindən əziyyət çəkən 65 yaşlı Denis Beykon beyin əməliyyatı zamanı klarnet ifa edib.
1news.az xəbər verir ki, 2014-cü ildə Parkinson diaqnozu qoyulan və zamanla hərəkət qabiliyyətini itirən Beykon Londondakı “King’s College” Xəstəxanasında Dərin Beyin Stimulyasiyası əməliyyatına alınıb.
Əməliyyat zamanı xəstəyə yalnız yerli anesteziya tətbiq olunub və o, dörd saat davam edən prosedur ərzində ayıq vəziyyətdə qalıb.
Həkimlər Beykonun beyninə yerləşdirilən elektrodlar vasitəsilə elektrik impulsları göndərərkən, onun əllərinə nəzarəti bərpa edib-etmədiyini klarnet ifası ilə sınaqdan keçiriblər.
123