Bakıda Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin işçi görüşü keçirilib

Bakıda Milli Müdafiə Universitetinin (MMU) və Gürcüstanın Milli Müdafiə Akademiyasının STANAG komissiyaları arasında işçi görüşü keçirilib.
1news.az xəbər verir ki, MMU-nun Hərbi İdarəetmə İnstitutunda keçirilən görüşdə qonaqlara Xarici dil mərkəzinin tarixi və fəaliyyət istiqaməti barədə brifinq təqdim olunub.
Nümayəndə heyətinin rəhbəri mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
İşçi görüşündə ingilis dilindən STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsi, test materiallarının moderasiya edilməsi, qarşılıqlı istifadəsi və sınaqdan keçirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, NATO-nun standartlaşdırma sənədi olan STANAG üzv dövlətlərin qarşılıqlı fəaliyyət tələblərinə cavab vermək üçün standartın tam və ya qismən, şərti və qeyd-şərtsiz həyata keçirilməsinə dair razılığını müəyyən edir.