Sahibə Qafarova və Alen Simonyan Cenevrədə görüşüb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova və Alen Simonyan Cenevrədə görüşüb - FOTO - YENİLƏNİB

Qafar Ağayev13:57 - Bu gün
Sahibə Qafarova və Alen Simonyan Cenevrədə görüşüb - FOTO - YENİLƏNİB

2025-ci il oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.

Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.

***

13:43

Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib

1news.az xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutub.

Paylaş:
161

Son xəbərlər

Bütün xəbərlər