ADY: Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADY: Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir

Qafar Ağayev15:42 - Bu gün
ADY: Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir

8 noyabr – Zəfər Günündən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir.

ADY-dən 1news.az-a verilən məlumata görə, sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətə reyslər təşkil ediləcək.

8 noyabrdan başlayaraq həftəsonları bu maşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər