Bakı, Gəncə və Sumqayıt Apellyasiya Məhkəmələrinə hakimlər təyin ediləcək

Bakı, Gəncə və Sumqayıt Apellyasiya Məhkəmələrinə hakimlər təyin ediləcək.
1news.az xəbər verir ki, bu, parlamentin 24 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Bakı Apellyasiya Məhkəməsinə Ağalarov Həmid Azər oğlu, Hümbətov Fəhmin Zaur oğlu, Qasımov Vidadi Kamal oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızı hakim təyin ediləcək.
Gəncə Apelyasiya məhkəməsinə Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Turan Nurulla oğlunun hakim təyin edilməsi təklif edilir.
Sumqayıt Apelyasiya Məhkəməsinə isə Ramin Xəlilov Adilxan oğlunun hakim kimi namizədliyi irəli sürülüb.
89