Prezident: Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu unikal bir məkan olub | 1news.az | Xəbərlər
Siyasət

Prezident: Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu unikal bir məkan olub

14:38 - 17 / 10 / 2025
Prezident: Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu unikal bir məkan olub

Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynayıb.

“Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Paylaş:
470

Son xəbərlər

Bütün xəbərlər