Dünya bazarlarında qızılın qiyməti 3700 dollara yaxınlaşıb - REKORD | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya bazarlarında qızılın qiyməti 3700 dollara yaxınlaşıb - REKORD

10:29 - Bu gün
Dünya bazarlarında qızılın qiyməti 3700 dollara yaxınlaşıb - REKORD

Dünya əmtəə bazarlarında qızılın qiyməti 3700 dollara yaxınlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 9-na olan məlumata əsasən, “Comex” birjasında dekabr fyuçersləri üzrə qızılın qiyməti 18,3 ABŞ dolları və ya 0,50% artaraq 3 695,70 dollar/unsiya təşkil edib.

Bununla yanaşı, qızılın spot qiyməti də 20,74 dollar və ya 0,57% artaraq 3 656,72 dollar/unsiyaya yüksəlib.

Analitiklər qeyd edirlər ki, qiymətlərin artımı investorların ABŞ-da faiz dərəcələrinin uzunmüddətli yüksək səviyyədə qalacağı ilə bağlı qeyri-müəyyənlik fonunda təhlükəsiz aktivlərə üstünlük verməsi, həmçinin geosiyasi risklərin artması ilə izah olunur. Dünyada iqtisadi artım tempinin zəifləməsi və dolların məzənnəsindəki dalğalanmalar da qızıla tələbi dəstəkləyən əsas amillər sırasındadır.

Beynəlxalq maliyyə təşkilatları və aparıcı xarici bankların proqnozlarına əsasən, hazırki makro perspektivlər fonunda qızıl qiymətinin 2025-ci ilin sonuna qədər 3 700–4 000 ABŞ dolları, 2026-cı ilin ortalarında isə çox ciddi təzyiqlə 5 000 ABŞ dollarına qədər yüksəlməsi mümkün ehtimallar sırasındadır.

Paylaş:
130

Son xəbərlər

Bütün xəbərlər