Bakı aeroportundan taksilərlə bağlı açıqlama: Sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı aeroportundan taksilərlə bağlı açıqlama: Sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır

Qafar Ağayev15:26 - Bu gün
Bakı aeroportundan taksilərlə bağlı açıqlama: Sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır

Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas məqsədlərindən biri sərnişinlərə yüksək səviyyəli xidmət göstərmək və onların rahatlığını təmin etməkdir.

Bir çox ölkələrdə olduğu kimi, hava limanı da ölkəyə daxil olan qonaqlarda ilk təəssürat yaradan əsas məkandır.

Lakin bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir.

Təəssüf ki, hələ də oxşar hallarla rastlaşırıq.

Heydər Əliyev Beynəlxalq Aeroportundan 1news.az-a verilən məlumata görə, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuzumuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir.

Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir.

Bütün rəsmi taksi operatorlarını xidmət keyfiyyətini artırmağa və sərnişin məmnuniyyətini təmin etməyə çağırırıq.

Paylaş:
190

Son xəbərlər

Bütün xəbərlər