Səfir: Azərbaycan Çinin iqtisadi əlaqələrində mühüm tərəfdaşdır | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycan Çinin iqtisadi əlaqələrində mühüm tərəfdaşdır

Qafar Ağayev13:07 - Bu gün
Səfir: Azərbaycan Çinin iqtisadi əlaqələrində mühüm tərəfdaşdır

“Azərbaycan həmişə Çinin iqtisadi əməkdaşlıq əlaqələrinin vacib hissəsini təşkil edib”.

1news.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Avropa Dəmiryolu Ekspres marşrutunun 5 illiyi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə hərəkət edən 237-ci (Yivu–Bakı) qatarının qarşılanma mərasimində çıxışı zamanı bildirib.

Səfir əvvəlcə tədbirə qatılan Çin və digər ölkələrdən olan qonaqlara təşəkkür edib, qatarın Bakıya çatması münasibətilə təbriklərini çatdırıb.

Diplomat qeyd edib ki, Çin-Avropa Dəmiryolu Ekspresi "Bir kəmər, bir yol" təşəbbüsünün aparıcı layihələrindən və simvolik brendlərindən biridir:

“Bu layihə çərçivəsində indiyədək 110 mindən çox qatar fəaliyyət göstərib. Nəticədə tədricən səmərəli, çoxistiqamətli, quru və dəniz yollarını birləşdirən beynəlxalq nəqliyyat şəbəkəsi formalaşıb. Bu, Çinin xarici açılımını genişləndirməklə yanaşı, marşrut boyu ölkələrin rifahının artmasına, sabitlik və təchizat zəncirinin etibarlılığına mühüm töhfə verir”.

Onun sözlərinə görə, bu ilin iyununda Çjetszyan əyalətindən multimodal daşımalar əsasında 100 standart konteynerlə yüklənmiş qatar Xəzər dənizi üzərindən birbaşa Bakıya çatdırılıb:
“Bu, marşrut ölkələri arasında ticarət dövriyyəsinin və regional iqtisadi inkişafın təşviqinə mühüm dəstək oldu”.

L.Mey əlavə edib ki, Azərbaycan son illərdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına öz coğrafi üstünlüklərindən maksimum yararlanır:
“Yalnız bu ilin yanvar-iyun aylarında Çin və Azərbaycan arasında 225 yük qatarı hərəkət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur”.

“Əminəm ki, iki ölkənin birgə səyləri nəticəsində Çin-Avropa Dəmiryolu Ekspresi daha yüksək keyfiyyət, səmərəlilik və təhlükəsizlik göstəricilərinə nail olacaq”, – deyə səfir çıxışını yekunlaşdırıb.

Paylaş:
145

Son xəbərlər

Bütün xəbərlər