Azərbaycan neftinin qiyməti 63 dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 63 dolları ötüb

09:55 - 23 / 10 / 2025
Azərbaycan neftinin qiyməti 63 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,05 ABŞ dolları və ya 1,68% artaraq 63,45 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 62,4 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
164

Son xəbərlər

Bakıda obyektdə yanğın olub

24 / 10 / 2025, 17:09
Bütün xəbərlər