Türkiyədə daha bir meşə yanğını olub | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə daha bir meşə yanğını olub

17:32 - 05 / 09 / 2025
Türkiyədə daha bir meşə yanğını olub

Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonunda meşəlik ərazidə yanğın başlayıb.

1news.az "TRT Haber"ə istinadən xəbər verir ki, əraziyə dərhal Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yanğınsöndürənlər göndərilib.

Yanğınla mübarizəyə 3 təyyarə, 11 helikopter, 37 su daşıyan maşın, iki ağır texnika və 242 canlı qüvvə cəlb olunub.

Hadisənin səbəbi isə hələ ki müəyyən edilməyib.

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər