Növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB

13:55 - Bu gün
Növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb, açarlar təqdim olunub.

1news.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bununla Seyidbəyli kəndinə köçürülən ailələrin sayı 27-yə (92 nəfər) çatıb.

***

11:52

Xocalı rayonu Seyidbəyli kəndinə növbəti 18 ailənin (61 nəfər) qayıdışı təmin edilib.

1news.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, qayıdış Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində baş tutub.

Kəndə qayıdan ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

Bununla da Seyidbəyli kəndinə qayıdan ailələrin sayı 27-yə (92 nəfər) çatdırılıb.

Paylaş:
173

Son xəbərlər

Bütün xəbərlər