Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Qafar Ağayev10:23 - 04 / 07 / 2025
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib.

1news.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş:
133

Son xəbərlər

Bütün xəbərlər