İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları hələ ki rəsmi mövqeyini bildirməyib

“Baş vermiş hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarının hələ ki rəsmi mövqeyini görə bilməmişik”.
1news.az xəbər verir ki, bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.
O deyib ki, əksinə Rusiya mətbuatında ölüm hallarının xəstəliklə əlaqələndirilməsini görürük. Amma biz Azərbaycanda nəşləri ekspertiza etdikdə gördük ki, onların ölümünü təbii adlandıra bilmərik. Hesab edirik ki, Rusiya hüquq-mühafizə orqanlarının hadisə ilə bağlə rəyli fərqli olacaq”.
227