Layihələr

Media İnkişaf Proqramları haqqında

Müasir media mühitində dəyişən tendensiyaları əsas götürərək Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nə müvafiq olaraq mediada kadr potensialının artırılması və peşəkar mütəxəssislərin yetişdirilməsi istiqamətində fəaliyyət göstərir.

Agentlik media nümayəndələrinin peşəkarlığının yüksəldilməsi və müvafiq sahədə mütəxəssislərin hazırlanması üzrə peşəkar və sahəvi jurnalistika təlimləri, media subyektlərinin texniki heyəti üçün ixtisasaslaşma proqramları, eyni zamanda gənc kadrların inkişafı üçün müxtəlif layihələr təşkil edir.

Fəaliyyətimiz

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 70-dən çox yerli və beynəlxalq təlimçilərin iştirakı ilə təşkil etdiyi müxtəlif təlim və ixtisasartırma proqramlarında cari müddətə qədər 400-ə yaxın media nümayəndəsi iştirak etmişdir.

videoplay

Təlim və inkişaf proqramları

Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili

Təlimçilərimiz: Kamran Abdullayev Orxan Vəlizadə
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ADA Universiteti ilə birgə 37 media nümayəndəsinin iştirakı ilə “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarlar təşkil olunacaq.İki həftə davam edən silsilə seminarlarda iştirakçılar yerli və xarici media ilə əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi məsələlərini diqqətdə saxlanılacaq.
Son:
5Gün
11Saat
38Dəqiqə
54Saniyə
Müraciət et

Peşəkar jurnalistika

Media sahəsində jurnalistlərin fərdi peşəkarlığının artırılması istiqamətində təşkil edilən təlimlər

Mediada islahatlara doğru

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 14 iyun - 10 iyul 2021-ci il tarixlərində ADA Universitetində “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar keçirilmişdir. Müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan vermək məqsədilə təşkil edilən seminarlar 75 media qurumunun rəhbər üzvünün iştirakı ilə baş tutmuşdur. Seminarlarda “Xəbərlər şöbəsinin səmərəli idarəedilməsi”, “Gündəmi necə qurmalı: praktiki yanaşmalar”, “Müasir media mühitinə baxış” və digər mövzularda həm yerli, həm də xarici, o cümlədən Al Jazeera və Haber Global-ın mütəxəssisləri məruzələrlə çıxış etmişdir.

Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili

Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin təşkilatçılığı ilə 24 sentyabr 2021-ci il tarixində dövlət qurumlarının nümayəndələri üçün dövlət qurumları ilə ictimaiyyət arasında sosial medianın müasir kommunikasiya vasitəsi kimi rolunu vurğulamaq, şəffaflıq və açıqlıq prinsiplərini rəhbər tutaraq, vətəndaş məmnuniyyətinin artırılmasını təmin etmək, dövlət qurumları tərəfindən bu platformalardan məqsədyönlü və səmərəli şəkildə istifadə edilməsini, ictimaiyyətin proseslərə cəlb edilməsini, iştirakçılığını və əks-əlaqəni təşviq etmək məqsədilə “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda seminar keçirilmişdir.

Məişət zorakılığı media müstəvisində

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə 19-22 oktyabr 2021-ci il tarixlərində məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində jurnalistlər və jurnalistika fakültəsinin tələbələri üçün bununla bağlı xəbərlərin düzgün işıqlandırılması, ictimaiyyətə dəstək mexanizmlərinə dair lazımi məlumatların çatdırılması, eləcə də gender bərabərliyi və gender əsaslı zorakılıq barədə biliklərin artırılması məqsədilə "Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində “Məişət zorakılığı media müstəvisində” mövzusunda beynəlxalq təlimlər təşkil edilmişdir.

Qabaqcıl televiziya proqramlaşdırması

Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA), Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin (TİKA) və Türkiyənin Nişantaşı Universiteti ilə birgə 23 sentyabr - 4 noyabr 2021-ci il tarixində 70-ə yaxın media nümayəndəsinin iştirakı ilə “Qloballaşma və televiziya”, “Xəbər yazma texnikası”, ”Kinematoqrafiya”, “Canlı yayım komandasının birgə fəaliyyəti”, “Televiziya jurnalistikası”, “Ənənəvi televiziya proqramları”, “Senarinin yazılması”, “Hazırlıq və çəkiliş proseslərində istifadə olunan avandanlıqlar”, “Çəkiliş prosesi”, “Dublyaj və musiqi”, “Tətbiqdən sonrakı yayım prosesləri” mövzularında onlayn təlimlər təşkil edilmişdir.

Mətbuat katibləri üçün proqramlar

Dövlət və ictimai sektor qurumlarının ictimaiyyəti məlumatlandırma mexanizmlərinin səmərəli qurulması istiqamətində təşkil edilən təlimlər

Media və kommunikasiya siyasəti medianın gözü ilə

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 2021-ci il üçün nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması məqsədilə ADA Universiteti ilə birgə 37 media nümayəndəsinin iştirakı ilə “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarlar təşkil olunmuşdur. İki həftə davam edən silsilə seminarlarda iştirakçılar yerli və xarici media ilə əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi məsələlərini diqqətdə saxlamış, ənənəvi və sosial media ilə işə proaktiv yanaşaraq təmsil etdikləri qurumlara dair daha keyfiyyətli ictimai məzmunun yaradılması yollarını nəzərdən keçirmişdilər. Yerli və xarici mütəxəssislərin çıxışları, interaktiv müzakirə sessiyaları, qrup tapşırıqları və ölkənin aparıcı KİV-lərinin nümayəndələri ilə fikir mübadiləsi hissələrindən ibarət olan seminarlarda mütəxəssislər tərəfindən “İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Kommunikasiya planı və gündəlik media təmasları: proaktiv və reaktiv strategiyalar”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması” kimi mövzularda nəzəri və təcrübi biliklər paylaşılmışdır.

Sahəvi jurnalistika

Media sahəsində jurnalistlərin fərdi peşəkarlığının artırılması istiqamətində təşkil edilən təlimlər

Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA), ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə 1-5 avqust 2021-ci il tarixlərində Əl Cəzirə Media Şəbəkəsi Azərbaycan media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlim proqramı təşkil edilmişdir. Proqram çərçivəsində media nümayəndələri üçün “Jurnalistlər üçün Risk Təhlili və Əməliyyat Planlaşdırılması”, “Xəbər toplamaqda riskin qiymətləndirilməsi”, “Ballistik təhlükə”, Şəxsi təhlükəsizlik”, “Zərərçəkənlərin qiymətləndirilməsi”, “Nümayiş və İctimai Qarışıqlıq”, “Minalar və əldə hazırlanmış partlayıcı qurğular haqqında məlumat”, “Yara və qanaxmanın idarə olunması”, “Səyahət Təhlükəsizliyi”, “Hava Hücumu və dron haqqında məlumat”, “Bədəndə yaranmış qırıq hallarının idarə olunması”, “Yanğının idarə olunması”, “Qaçırılma və Xüsusi risklər”, “Praktiki və Təlim Reviziyası”, “Planlaşdırma və Risk qiymətləndirmə Testi”, “Yekun Praktiki Senari test” mövzularında təlimlər keçirilmişdir.

Hərbi jurnalistika

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA), Anadolu Agentliyi, Türkiyə Polis Akademiyası və Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Ankarada 9-20 avqust 2021-ci il tarixlərində 24 jurnalistin iştirakı ilə “Hərbi jurnalistika” təlim proqramı təşkil edilmişdir. Təxminən 60 faizi praktiki hissədən ibarət olan dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda təlimlər keçirilmişdir.

Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA), ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə 1-5 avqust 2021-ci il tarixlərində Əl Cəzirə Media Şəbəkəsi Azərbaycan media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlim proqramı təşkil edilmişdir. Proqram çərçivəsində media nümayəndələri üçün “Jurnalistlər üçün Risk Təhlili və Əməliyyat Planlaşdırılması”, “Xəbər toplamaqda riskin qiymətləndirilməsi”, “Ballistik təhlükə”, Şəxsi təhlükəsizlik”, “Zərərçəkənlərin qiymətləndirilməsi”, “Nümayiş və İctimai Qarışıqlıq”, “Minalar və əldə hazırlanmış partlayıcı qurğular haqqında məlumat”, “Yara və qanaxmanın idarə olunması”, “Səyahət Təhlükəsizliyi”, “Hava Hücumu və dron haqqında məlumat”, “Bədəndə yaranmış qırıq hallarının idarə olunması”, “Yanğının idarə olunması”, “Qaçırılma və Xüsusi risklər”, “Praktiki və Təlim Reviziyası”, “Planlaşdırma və Risk qiymətləndirmə Testi”, “Yekun Praktiki Senari test” mövzularında təlimlər keçirilmişdir.

Texniki proqram

Media subyektlərində işləyən texniki heyət üçün təşkil edilən təlimlər

Title

DESC

Gənc kadrların inkişafı proqramı

Kadr potensialının artırılması və gənclər siyasətinin dəstəklənməsi məqsədilə təşkil edilən təlim və proqramlar

New Media proqramı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 29 noyabr - 17 dekabr 2021-ci il tarixlərində ADA Universitetində “MEDİA Konüllüləri” proqramının fəalları arasından seçilən 17 gənc namizəd üçün “New Media” proqramı çərçivəsində “Yeni qabiliyyətlər, həmin dəyərlər” başlığı altında keçirilən silsilə seminarlar təşkil edilmişdir. Seminarların təşkilində əsas məqsəd bu sahəyə gələn yeni mütəxəssislərin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Proqram çərçivəsində iştirakçılara müasir media mühiti, jurnalist dəyərləri, peşə etikası və davranış qaydaları, jurnalist peşəsində lazımlı olan ünsiyyət bacarıqları, protokol və etiket, vaxtın və stresin idarəedilməsi, o cümlədən Azərbaycana dair müxtəlif fundamental mövzular üzrə mühazirələr oxunmuşdur.

Qeyd edək ki, təlim proqramını bitirdikdən sonra layihə məzunlarının Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin tövsiyyəsi ilə ölkənin müxtəlif media subyektlərində ilkin mərhələdə təcrübə proqramına, daha sonra isə məşğulluğa başlayacaqları gözlənilir.

Ən son xəbərlər

Bütün xəbərlərarr
22 Oktyabr 2021 İstanbulda Türk Şurasının mediaforumu başlayıb 13 Oktyabr 2021 Ankarada “Hərbi jurnalistika” təlim proqramına yekun vurulub 13 Oktyabr 2021 Ankarada “Hərbi jurnalistika” təlim proqramına yekun vurulub

Yeniliklərdən xəbərdar ol