Müsabiqənin elanından əvvəlki yarımildə maliyyə yardımı göstərilməmiş qəzet redaksiyaları üçün:
- qəzetin baş redaktorunun ərizəsi (imzalı);
- qəzetin mətbu nəşrlərin reyestrinə daxil edilməsini təsdiq edən müvafiq sənədin surəti;
- vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
- qəzet redaksiyasının nizamnaməsinin surəti;
- müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində qəzetin müntəzəm nəşr olunmasını təsdiq edən arayış;
- mətbəə tərəfindən verilən və qəzetin dövriliyini təsdiq edən arayış;
- qəzetin birdəfəlik tirajını təsdiq edən elektron qaimələr (mətbəə qaimələri);
- qəzetin tiraj bölgüsünə dair məlumatı əks etdirən təsdiqlənmiş sənəd;
- qəzetin abunə və satışına dair yayımçı tərəfindən təsdiq edilən arayışlar və elektron qaimələr;
- qəzetin bank rekvizitlərini əks etdirən sənəd;
- qəzetin və onun eyniadlı veb-saytının minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti);
- qəzetin müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrəsi.
Müsabiqənin elanından əvvəlki yarımildə maliyyə yardımı göstərilmiş qəzet redaksiyalarından tələb olunan sənədlər: