İcraçı direktor

1980-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1987-1997-ci illərdə Bakı şəhəri 54 saylı tam orta məktəbdə təhsil almışdır.
2002-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim olaraq başlamışdır.

  • 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi vəzifəsində işləmişdir.
  • 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışmışdır.
  • 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə isə Aparat rəhbəri vəzifəsində işləmişdir.
  • 2018-2020-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışmışdır.
  • 2020-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru olmuşdur.
  • 2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” ilk ərazi təşkilatına sədrlik etmişdir.
  • 2019-cu ildən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin ekspertidir.

    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi” və “Gəmiçilik sahəsində xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malikdir.

    Azərbaycan, ingilis, rus və türk dillərini bilir. Ailəlidir, 1 övladı vardır.
İsmayılov Əhməd Məhəmməd oğlu
İsmayılov Əhməd Məhəmməd oğlu
İcraçı direktor
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 2416 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilmişdir.

Yeniliklərdən xəbərdar ol